Dünya

ABŞ İrana qarşı əməliyyatları bərpa edir? - "Ordu hərəkətə hazırdır"

05 May 2026, 11:40 1 baxış
ABŞ İrana qarşı əməliyyatları bərpa edir? - "Ordu hərəkətə hazırdır"
"ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyə yaxındır". Oxu.Az xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ rəsmilərinə istinadən məlumat yayıb. ABŞ-nin adı açıqlanmayan yüksəkvəzifəli rəsmisi telekanala bildirib: "Biz 24 saat əvvəlkinə nisbətən genişmiqyaslı döyüş əməliyyatlarının bərpasına daha yaxınıq. Bu, İranın ABŞ-nin gəmilərini atəşə tutması, BƏƏ-yə raketlər və pilotsuz uçuş aparatları ilə zərbələr endirməsi fonunda baş verib". Ölkə rəsmiləri son qərarın ABŞ lideri Donald Trampa aid olduğunu vurğulayaraq, ordunun hərəkətə keçməyə hazır vəziyyətdə dayandığını əlavə ediblər. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb. Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib. Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib. Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər