Dünya

ABŞ hərbçiləri Karib dənizində narkotacirlərin gəmisini vurdular - İki ölü - VİDEO

05 May 2026, 10:28 1 baxış
ABŞ hərbçiləri Karib dənizində narkotacirlərin gəmisini vurdular - İki ölü - VİDEO
Amerika Birləşmiş Ştatlarının (ABŞ) silahlı qüvvələri Karib dənizində narkotik ticarəti ilə məşğul olan şəxslərin gəmisinə zərbə endirib, nəticədə iki nəfər həyatını itirib. Oxu.Az xəbər verir ki, hadisə ilə bağlı ABŞ-nin Cənub Komandanlığı rəsmi bəyanat yayıb.

Qurumun "X" sosial şəbəkəsində yayımladığı açıqlamada bildirilir: "Cənub Komandanlığının rəhbəri Fransis Donovanın göstərişi əsasında birgə əməliyyat qrupu tərəfindən hədəf alınan gəmiyə məhvedici zərbə vurulub. Kəşfiyyat məlumatları təsdiq edib ki, sözügedən dəniz nəqliyyatı Karib hövzəsindəki ənənəvi narkotik qaçaqmalçılığı yollarında hərəkət edib və qeyri-qanuni maddələrin daşınması məqsədilə istifadə olunub".
ABŞ hərbçiləri Karib dənizində narkotacirlərin gəmisini vurdular - İki ölü - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər