Dünya
Trampdan bəyanat: "Ukrayna ərazi itirir"
ABŞ Prezidenti Donald Tramp Ukraynanın ərazi itirməyə davam etdiyini bildirib. Oxu.Az-ın xəbərinə görə, bu barədə o, "Salem News Channel" telekanalına müsahibəsində danışıb. Söhbət zamanı ABŞ prezidenti Volodimir Zelenskini "hiyləgər insan" adlandırıb və qeyd edib ki, Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasını istəyir. Tramp, həmçinin deyib ki, Kiyev ABŞ silahlarının NATO ölkələri vasitəsilə tədarükü sayəsində döyüş əməliyyatlarını davam etdirir.
Mənbə
oxu.az