Cəmiyyət
WUF13-də iştirak üçün neçə nəfər qeydiyyatdan keçib? - CANLI YAYIM
"WUF13 tədbirində iştirak üçün 176 ölkədən 26 mindən çox iştirakçı qeydiyyatdan keçib. Bu tədbirdə nəqliyyatın təhlükəsiz təşkili bizim üçün böyük məsuliyyətdir". Oxu.Az xəbər verir ki, bunu WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) tarixlərində nəqliyyatın idarə olunması planına dair brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, tədbir ərəfəsində 5 istiqamət üzrə nəqliyyatın hərəkəti təşkil ediləcək: "Nəqliyyat Koordiyanasına Mərkəzi 24 saat fasiləsiz fəaliyyət göstərəcək. Heydər Əliyev Beynəlxalq Aeroportundan, şəhər nəqliyyat mübadilə mərkəzlərindən avtobuslar, həmçinin metronun "Koroğlu" stansiyasının qarşısından "KA1" marşrut avtobusu ilə iştirakçıların daşınması həyata keçiriləcək. Şəhərdə 9 nəqliyyat mübadilə mərkəzi seçilib, 2 şəhərdaxili müntəzəm avtobus xətti, 67 şəhərdaxili dayanacaq, hava limanı üzrə müntəzəm 6 avtobus xətti olacaq". O əlavə edib ki, ərazilərin idarə olunması, xüsusi hərəkət zolaqlarının təşkili, nəqliyyat vasitələri üçün xüsusi buraxılışların idarə olunması, istiqamətləndirici işarələrin, informativ xəritələrin və bukletlərin hazırlanması və onların paylaşılması, taksi əməliyyatları, məkan daxilində nəqliyyat əməliyyatları və qoşqu xidmətlərinin təşkili, həmçinin fiziki məhdudiyyətli şəxslər üçün əlçatan infrastrukturun hazırlanması həyata keçirilir: "Bütün bu xidmətlər coğrafi qurumlarla koordinasiyalı şəkildə və bütün protokol qaydalarına uyğun olaraq icra olunur. Sistemimizin dörd əsas məkanı vardır. İlk olaraq qonaqların ölkəyə gəliş və gediş qovşağı olan Heydər Əliyev Beynəlxalq Aeroportu, ikinci tədbirin əsas məkanı olan Bakı Olimpiya Stadionu, üçüncü şəhərin əsas nəqliyyat qovşaqları və stansiyaları, son olaraq isə Bakı üzrə rəsmi WUF13 hotelləri. Beləliklə, göstərilən məkanlar arasında fasiləsiz nəqliyyatın təşkili təmin edilir".

Mənbə
oxu.az