Dünya
KİV: Böyük Britaniyada ərzaq məhsulları bahalaşacaq
2026-cı ilin noyabrına qədər Böyük Britaniyada ərzaq məhsullarının qiymətləri 2021-ci illə müqayisədə 50% artacaq. xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. "Energy and Climate Intelligence Unit" (ECIU) analitik mərkəzinin araşdırmasına görə, iqlim dəyişikliyi və enerji sahəsindəki sarsıntılar ərzaq qiymətlərinin artım tempinin təxminən dörd dəfə sürətlənməsinə səbəb olub. Analitiklər qeyd edirlər ki, Yaxın Şərqdəki müharibə də inflyasiyanın yüksəlməsinə təkan verə bilər. Bundan əvvəl isə qiymətlər COVID-19 pandemiyası və Şərqi Avropadakı münaqişə fonunda kəskin artmışdı. İngiltərə Bankı gübrə, enerji və nəqliyyat xərclərinin yüksəlməsi səbəbindən ilin sonuna qədər ərzaq inflyasiyasının 7%-ə çatacağını proqnozlaşdırır. ECIU-nun məlumatına əsasən, son beş ildə makaron, dondurulmuş tərəvəzlər, şokolad və yumurta ən azı 50% bahalaşıb. Mal ətinin qiyməti 64%, zeytun yağının qiyməti isə iki dəfədən çox artıb.
Mənbə
oxu.az