Dünya

Milyarder Lamborgininin "gizli qızı" mirasa bir addım daha yaxınlaşıb

05 May 2026, 06:16 1 baxış
Milyarder Lamborgininin "gizli qızı" mirasa bir addım daha yaxınlaşıb
37 yaşlı kosmetoloq Flaviya Borzone italiyalı milyarder Tonino Lamborgininin "gizli qızı" olduğunu iddia edərək miras uğrunda mübarizədə mühüm irəliləyiş əldə edib. xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb. Borzone ilk dəfə 2019-cu ildə bəyan edib ki, o, 1988-ci ildə anası Rozalba Kolossimo ilə Tonino Lamborgini arasındakı münasibət nəticəsində dünyaya gəlib. Onun sözlərinə görə, anası məşhur Ferruççio Lamborgininin oğlu ilə 1980-ci ildə Milanda tanış olub. Lakin Lamborgini ailəsi bu iddiaları qəti şəkildə təkzib edib. 2024-cü ilin yanvarında məhkəməyə Ferrara Universitetinin mütəxəssisləri tərəfindən aparılan DNT testinin müsbət nəticələri təqdim edilib. Buna baxmayaraq, Lamborgini ailəsinin vəkilləri testi qəbul etməyiblər. Onlar iddia ediblər ki, analiz üçün istifadə olunan nümunə şəxsi detektiv tərəfindən qanunsuz yolla əldə edilib. 2026-cı ilin yazında İtaliyanın Ali Kassasiya Məhkəməsi Borzonenin onu böyüdən şəxsin bioloji övladı olmadığını rəsmən təsdiqləyib. Bu qərar məhkəməyə Flaviyanın həqiqətən Tonino Lamborgininin qızı olub-olmadığını dəqiqləşdirmək üçün rəsmi dövlət ekspertizası aparmaq imkanı yaradıb. Nəşr yazır ki, əgər məhkəmə Borzoneni milyarderin qızı kimi tanıyarsa, o, Lamborgininin digər beş övladı ilə bərabər miras payı əldə edə bilər. Qeyd edək ki, Tonino Lamborgini İtaliyanın ən varlı şəxslərindən biridir və əfsanəvi "Lamborghini" brendinin qurucusunun yeganə oğludur.
Mənbə oxu.az