Dünya
ABŞ-də 11 sentyabr qalmaqalı: Terror hadisəsini əks etdirən xalçalar satılır - FOTO
Əfqanıstanlı immiqrant ABŞ-də 11 sentyabr 2001-ci il terror hadisəsini əks etdirən xalçalar satır. xəbər verir ki, bu barədə "California Post" (CP) nəşri məlumat yayıb. Məlumata görə, əslən Əfqanıstandan olan Məsud Əzizi Kaliforniyanın Santa-Barbara şəhərindəki işlək küçələrin birində yerləşən mağazasının qarşısına həmin hadisəni əks etdirən xalça asıb. O bildirib ki, əfqan sənətkarlar tərəfindən hazırlanan və 450 dollar dəyərində olan bu "unikal dizaynlı" xalça sadəcə tarixi əks etdirir. Xalçanın üzərində təyyarələrin "Əkiz qüllələr"ə çırpılma anı təsvir olunub. Bu xalçanın satışı, xüsusilə xilasetmə əməliyyatında iştirak edən yanğınsöndürənlər arasında böyük qəzəbə səbəb olub. 2001-ci ilin sentyabrında Nyu-York Yanğından Mühafizə Departamentinə rəhbərlik edən Tomas fon Essen həm xalçanın yaradıcılarını, həm də onu alan amerikalıları "qəlbsiz axmaqlar" adlandırıb.
Mənbə
oxu.az