Dünya

KİV: Futbol üzrə Ukrayna millisinə italiyalı baş məşqçi təyin oluna bilər

05 May 2026, 02:36 1 baxış
KİV: Futbol üzrə Ukrayna millisinə italiyalı baş məşqçi təyin oluna bilər
İtaliyalı mütəxəssis Andrea Maldera futbol üzrə Ukrayna yığmasının yeni baş məşqçisi təyin edilə bilər. Oxu.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb. Ukrayna Futbol Assosiasiyası (UAF) yayılan bu xəbərə hələlik heç bir rəsmi münasibət bildirməyib. Qeyd edək ki, Malderanın son iş yeri Fransanın "Marsel" klubu olub və o, orada Roberto De Zerbinin məşqçilər qərargahında fəaliyyət göstərib. Qeyd edək ki, italiyalı məşqçi 2016-2021-ci illərdə Andrey Şevçenkonun rəhbərliyi altında da Ukrayna millisində çalışmışdı. Malderadan əvvəl bu vəzifəni 2023-cü ilin yayından etibarən Sergey Rebrov icra edirdi. Lakin o, Ukraynanı 2026-cı il dünya çempionatına çıxara bilmədiyi və seçmə mərhələnin pley-offunda İsveç millisinə məğlub olduğu üçün tutduğu postdan azad edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər