Cəmiyyət

Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçiriləcək

05 May 2026, 00:26 1 baxış
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçiriləcək

Bakıda Azərbaycan-İtaliya biznes-forumunun təşkili planlaşdırılır.


Axar.az xəbər verir ki, bunu İtaliya Nazirlər Şurasının sədri Corciya Meloni Prezident İlham Əliyev ilə mətbuata bəyanatlar zamanı deyib.


"Biz 2026-cı ilin ikinci yarısında burada, Bakıda biznes-forum təşkil etməyi planlaşdırmışıq ki, siyasi əməkdaşlığımızı müəssisələrimiz, işçilərimiz üçün konkret fürsətlərə çevirək", - o bildirib.


C.Meloni qarşılıqlı sərmayə yatırımlarından da bəhs edib:


"Cənab Prezident, söhbətlərimizdə qeyd etdiyimiz kimi, təsdiqləyə bilərəm ki, strateji planların, inkişaf planlarının, 360 dərəcəlik müasirləşmədə nəinki ikitərəfli qaydada, o cümlədən üçüncü ölkələrdə birgə işin icrasında çox böyük marağı olan çoxsaylı İtaliya müəssisələri var. Çünki energetika əməkdaşlığımızın yeganə sahəsi deyil. Bir çox digər sahələr var".

Mənbə axar.az

Oxşar Xəbərlər