Siyasət

Meloni: "Azərbaycan energetika sahəsində İtaliyanın strateji tərəfdaşıdır"

04 May 2026, 19:54 1 baxış
Meloni: "Azərbaycan energetika sahəsində İtaliyanın strateji tərəfdaşıdır"
"Azərbaycan İtaliya üçün həm qaz, həm də neft təchizatında strateji tərəfdaşdır". xəbər verir ki, bu sözləri İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycana səfərindən öncə jurnalistlərə açıqlamasında deyib. O, Bakıya uzunmüddətli enerji diplomatiyası çərçivəsində gəldiyini bildirib: "Əlcəzair və Körfəz ölkələrinə səfərlərdən sonra bu addım, şübhəsiz ki, maraqlarımızın müdafiəsinə xidmət edən enerji diplomatiyasının bir hissəsidir. Lakin bu, sadəcə epizodik xarakter daşımır, uzunmüddətli və struktur səviyyəli bir tərəfdaşlıqdır. Biz də bu prosesə öz töhfəmizi verməyə çalışırıq". Qeyd edək ki, Corcia Meloni artıq Azərbaycandadır və onun Prezident İlham Əliyev ilə təkbətək görüşü keçirilib.
Mənbə oxu.az