Maraqlı

Zəka və sürətin vəhdəti: Qılıncoynatma idmanının əsas xüsusiyyətləri - FOTOREPORTAJ

04 May 2026, 13:38 1 baxış
Zəka və sürətin vəhdəti: Qılıncoynatma idmanının əsas xüsusiyyətləri - FOTOREPORTAJ
Qılıncoynatma qədim tarixə malik olan və zəka ilə sürəti birləşdirən idman növlərindən biridir. Oxu.Az PhotoStock.Az-a istinadla xəbər verir ki, bu idman növü əsasən üç istiqamətdə keçirilir: rapira, şpaqa və sablya. Hər birinin qaydaları və xal toplama üsulları bir-birindən fərqlənir.
Qılıncoynatmada əsas məqsəd rəqibə toxunuş edərək xal qazanmaqdır. İdmançılar xüsusi qoruyucu geyim, maska və elektrik sisteminə qoşulan qılınclardan istifadə edirlər. Bu sistem toxunuşların dəqiq qeydə alınmasına kömək edir. Qılıncoynatma həm fiziki çeviklik, həm də yüksək diqqət və taktiki düşüncə tələb edir. Bu idman növü Olimpiya Oyunları proqramına daxildir və beynəlxalq səviyyədə geniş yayılıb. Azərbaycanda da qılıncoynatma son illərdə inkişaf etməkdə olan idman sahələrindən biridir.
1992-ci il aprelin 28-də yaradılan Azərbaycan Qılıncoynatma Federasiyası həmin ilin may ayında Beynəlxalq Qılıncoynatma Federasiyasına üzv seçilib. Qılıncoynatma ilə bağlı fotoreportajı təqdim edirik:
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
Zəka və sürətin vəhdəti: Qılıncoynatma idmanının əsas xüsusiyyətləri - FOTOREPORTAJ Zəka və sürətin vəhdəti: Qılıncoynatma idmanının əsas xüsusiyyətləri - FOTOREPORTAJ
Mənbə oxu.az

Oxşar Xəbərlər