Siyasət

Naxçıvanda bir qurumun kollegiya üzvlərinin sayı azaldıldı

04 May 2026, 10:24 1 baxış
Naxçıvanda bir qurumun kollegiya üzvlərinin sayı azaldıldı
Naxçıvan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiya üzvlərinin sayı azaldılıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə bununla bağlı müvafiq qərar imzalanıb. Qərara əsasən, kollegiya üzvlərinin sayı yeddidən beşə endirilib. Həmçinin üzvlər aşağıdakı tərkibdə təsdiq olunub: - Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinləri; - Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aparatının rəhbəri; - Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru. Qeyd edək ki, daha əvvəl tərkib aşağıdakı kimi idi: - Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinləri; - Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aparatının rəhbəri; - Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi" publik hüquqi şəxsin İdarə Heyətinin sədri; - Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Naxçıvanpoçt" publik hüquqi şəxsin direktoru; - Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "N-telekom" publik hüquqi şəxsin İdarə Heyətinin sədri.
Mənbə oxu.az

Oxşar Xəbərlər