Dünya

Kolumbiyada nəhəng yük maşını insanlara çırpıldı: Ölənlər və yaralılar var - FOTO

04 May 2026, 10:42 1 baxış
Kolumbiyada nəhəng yük maşını insanlara çırpıldı: Ölənlər və yaralılar var - FOTO
Kolumbiyanın Kauka əyalətinin Popayan şəhərində keçirilən nəhəng yük maşınlarının nümayişi zamanı avtomobillərdən biri insan izdihamına çırpılıb. Qəza nəticəsində azı 3 nəfər ölüb, təxminən 40 nəfər yaralanıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Noticias Caracol" telekanalı məlumat verib. Məlumata görə, yük maşınının qadın sürücüsü manevrin həyata keçirilməsi zamanı avtomobil üzərində idarəetməni itirib və adamlara doğru hərəkət edərək maneələri dağıdıb. Yük maşını həmçinin işıq dirəyinə çırpılıb və bu da qısaqapanmaya səbəb olub. Kaukanın qubernatoru Oktavio Qusman ölənlərin ailələrinə başsağlığı verib və ictimaiyyəti əmin edib ki, ölkənin Səhiyyə Nazirliyi təhlükəsizlik xidmətləri ilə birlikdə yaralı insanlarla bağlı əlindən gələni edəcək.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər