Cəmiyyət

Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək

04 May 2026, 09:57 1 baxış
Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.


Bu barədə Axar.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.


Qeyd olunub ki, 10 vaqon gübrə Ermənistana göndəriləcək.


Vaqonların saat 15:00-da Biləcəri stansiyasından yola salınması gözlənilir.


Xatırladaq ki, ötən gün də 8 vaqondan ibarət, çəkisi 536 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.

Mənbə axar.az

Oxşar Xəbərlər