Dünya
Nyu-Yorkun keçmiş meri ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi
Nyu-Yorkun keçmiş meri Rudi Culiani ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Oxu.Az xəbər verir ki, bu barədə onun mətbuat katibi Ted Qudman məlumat verib. "Culiani döyüşçüdür, o həyatında bütün sınaqları güclü şəkildə qarşılayıb və eyni güclə də mübarizə aparır", - deyə mətbuat katibi sosial şəbəkə hesabında yazıb. ABŞ Prezidenti Donald Tramp da sosial şəbəkə hesabında keçmiş hüquqşünası və müşavirinin xəstəxanaya yerləşdirilməsinə münasibət bildirib: "Əsl döyüşçü və Nyu-York şəhəri tarixinin ən yaxşı meri olan Rudi Culiani xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır". Xəbərdə bildirilir ki, 81 yaşlı sabiq merin xəstəxanalıq olmasının səbəbi açıqlanmayıb.
Mənbə
oxu.az