Cəmiyyət

KTM apreldə zəhərlənənlərin SAYINI AÇIQLADI: Ölüm halları ən çox nədən baş verib?

04 May 2026, 10:02 1 baxış
KTM apreldə zəhərlənənlərin SAYINI AÇIQLADI: Ölüm halları ən çox nədən baş verib?
2026-cı ilin aprel ayında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə ümumilikdə 79 nəfər müxtəlif mənşəli zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub. Bu barədə Oxu.Az-a KTM-dən məlumat verilib: "Vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 74 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar. Pasiyentlərdən 31 nəfər dərman preparatlarından, 5 nəfər siçan dərmanından (rodentisid), 19 nəfər sirkə turşusundan, 1 nəfər yandırıcı, 3 nəfər aşılayıcı məhlullardan, 3 nəfər həşərat dərmanından, 3 nəfər ilan sancmasından, 6 nəfər allergik reaksiyalardan, 2 nəfər spirtli içkidən, 3 nəfər anafilaktik şokdan, 3 nəfər isə fosfor üzvi birləşmədən zəhərlənmə səbəbindən müalicəyə cəlb olunub. Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji yardım, həmçinin intensiv terapiya və detoksikasiya tədbirləri tətbiq olunub. Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki, 5 nəfərin (1 qadın və 4 kişi) həyatını xilas etmək mümkün olmayıb. Ölüm hallarının əsas səbəbləri spirtli içki, fosfor üzvi birləşmə və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət olub".
Mənbə oxu.az

Oxşar Xəbərlər