Cəmiyyət

Qadınlar ev şəraitində cavanlaşmağın sadə üsulunu tapıblar - FOTO

04 May 2026, 06:46 1 baxış
Qadınlar ev şəraitində cavanlaşmağın sadə üsulunu tapıblar - FOTO
Qadınlar ev şəraitində tətbiq edilə bilən sadə cavanlaşma üsulu tapıblar. Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdə viral olan bu üsula "The New York Post" diqqət çəkib. Məlumata görə, bloqerlər "liftinq effekti" yaradan pulsuz üsulu nümayiş etdirirlər. Vizajist Fro Moniz məsləhət görüb ki, gicgahların hər iki tərəfindən nazik hörüklər hörülərək arxadan bərkidilsin. Onun sözlərinə görə, bu üsul göz qapaqlarını, qaşları və alın nahiyəsini vizual olaraq dartılmış göstərir. Bloqer Medi Heyn isə bildirib ki, aktrisa Enn Hetueyin stilisti onu "Oskar" mükafatı gecəsində eyni üsulla cavan göstərib: "Mən bunu sınaqdan keçirdim və həqiqətən işlədiyinə inanmadım". O əlavə edib ki, hörüklər çox sıx bağlandıqda bir müddət sonra baş ağrısı yarana bilər, lakin bəzi insanlar bu effekti əldə etmək üçün buna razıdırlar.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər