Dünya
Britaniyada İran müharibəsi səbəbindən aviaşirkətlərə güzəştlər edildi
Birləşmiş Krallıq hakimiyyəti İranda müharibə səbəbindən aviasiya yanacağının mümkün qıtlığı fonunda aviaşirkətlər üçün güzəştlər tətbiq edib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, aviadaşıyıcılar gün ərzində eyni istiqamətlər üzrə reysləri birləşdirmək imkanı əldə ediblər. Bu addım yarımboş təyyarələrin uçuşunun qarşısını almaq və beləliklə, kerosinə qənaət etmək məqsədi daşıyır. Bundan əvvəl qüvvədə olan qaydalara əsasən, aviaşirkətlər mövsüm ərzində onlara ayrılmış aeroport slotlarının ən azı 80%-ni növbəti il üçün saxlamaq məqsədilə istifadə etməli idilər. Bu həddə çatılmadıqda, slotlar digər aviaşirkətlərə yenidən paylana bilərdi. Buna görə də bir çox daşıyıcı slotlarını itirməmək üçün faktiki olaraq boş təyyarələrlə reyslər həyata keçirməyə üstünlük verirdi. Lakin yeni tövsiyələrə əsasən, aviaşirkətlər yanacaq qıtlığı səbəbindən uçuşları həyata keçirə bilmədikdə slotlarını itirməyəcəklər.
Mənbə
oxu.az