Dünya
KİV: NATO nümayəndələri kino xadimləri ilə gizli görüşlər keçiriblər
NATO nümayəndələrinin rejissorlar, ssenaristlər və prodüserlərlə keçirdiyi qapalı görüşlərin məqsədləri məlum olub. Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti mənbələrə istinadən yazıb. Məlumata görə, Brüssel, Los-Anceles və Parisdə artıq üç görüş keçirilib. Növbəti ay Böyük Britaniya Ssenaristlər Gildiyası ilə də görüş planlaşdırılır. Bildirilir ki, bu toplantılarda iştirak edən şəxslərin adlarını məxfi saxlanılır. Bəzi ssenaristlər bu təşəbbüsü tənqid ediblər. "Kristi" filminin ssenari müəllifi Alan O'Qorman planlaşdırılan görüşü "qəbuledilməz" və "açıq təbliğat" adlandırıb. O bildirib ki, NATO-ya daxil olmayan ölkələrdə yaşayan və alyansın iştirak etdiyi müharibələrdən zərər çəkən insanların çox olduğunu nəzərə almaq lazımdır. Nəşrin məlumatına görə, artıq üç layihə hazırlanma mərhələsindədir və onların əsas məqsədi NATO-nun "aqressiv obrazını yumşaltmaq", alyans daxilində münasibətləri isə dostluq və əməkdaşlıq kimi təqdim etməkdir.
Mənbə
oxu.az