Dünya

Tuapsedə qadın könüllülərə çimərliklərdə mazut təmizləmək qadağan edilib

04 May 2026, 03:20 1 baxış
Tuapsedə qadın könüllülərə çimərliklərdə mazut təmizləmək qadağan edilib
Rusiyann Tuapse şəhərində qadın könüllülərə sahil zolağında neft məhsullarının təmizlənməsi ilə məşğul olmağa icazə verilməyib. Oxu.Az xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. Qərar şəhər administrasiyası və Fövqəladə Hallar Nazirliyinin yerli idarəsi tərəfindən qəbul edilib. Qadağa qadınların reproduktiv sağlamlığının qorunması ilə izah olunub. Məlumata görə, bu tələb könüllülərlə keçirilən iclasda da səsləndirilib və onlardan buna anlayışla yanaşmaları xahiş olunub. Bəzi qadın könüllülər isə öz sağlamlıqları ilə bağlı qərarları özlərinin verəcəyini bildiriblər. Qeyd edək ki, aprel ayında Tuapse şəhəri bir neçə dəfə pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Nəticədə dəniz terminalı və neft emalı zavodu ərazisində yanğınlar baş verib, həmçinin neft məhsullarının sızması qeydə alınıb. Hazırda yanğınlar tam söndürülüb, Tuapse rayonunda regional səviyyəli fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər