Dünya

Finlandiya prezidenti və xanımı "dəmir barmaqlılar arxasında" qaldılar

04 May 2026, 03:48 1 baxış
Finlandiya prezidenti və xanımı "dəmir barmaqlılar arxasında" qaldılar
Finlandiya Prezidenti Aleksandr Stubb dövlət başçısının azadlığının məhdudlaşdırılması ilə bağlı etdiyi zarafata görə qeyri-adi vəziyyətə düşüb. Oxu.Az "Iltalehti" nəşrinə istinadən xəbər verir ki, sakinlərlə ünsiyyət zamanı Stubb və xanımı prezident sarayının hasarının arxasında qalıblar. O, vəziyyəti zarafata salmağa çalışıb. "İndi prezident barmaqlıqlar arxasındadır. Bu yaxşı deyil", - deyə o bildirib. Şəhər sakinlərindən biri ehtimal ki, Stubb və barmaqlıqları nəzərdə tutaraq ona "əla cütlük olduqlarını" deyib. Prezident isə bu ifadəni xanımına edilən komplimentə çevirərək, onun özündən "daha möhtəşəm" olduğunu vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər