Dünya

İspaniyanın baş nazirini aparan təyyarə Ankarada təcili eniş etdi

04 May 2026, 02:12 1 baxış
İspaniyanın baş nazirini aparan təyyarə Ankarada təcili eniş etdi
Madrid-İrəvan marşrutu ilə uçan və göyərtəsində İspaniyanın Baş naziri Pedro Sançesin olduğu təyyarə texniki nasazlıq səbəbindən Ankarada təcili eniş edib. Oxu.Az xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı məlumat yayıb. Məlumata görə, Sançesin olduğu "Airbus A310" təyyarəsində yaranan texniki problemlər ciddi deyil. İspaniya baş naziri mayın 4-nə keçən gecəni Türkiyə paytaxtında keçirəcək, daha sonra isə Avropa Siyasi Birliyi sammitində iştirak etmək üçün İrəvana uçuşunu davam etdirəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər