Dünya

ABŞ Hörmüz boğazında qalan gəmiləri çıxarmağa başlayacaq

04 May 2026, 01:24 1 baxış
ABŞ Hörmüz boğazında qalan gəmiləri çıxarmağa başlayacaq
ABŞ mayın 4-də Hörmüz boğazında qalan gəmilərin çıxarılması üçün əməliyyata başlayacaq. Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb. Onun sözlərinə görə, əməliyyat "Project Freedom" ("Azadlıq layihəsi") adlandırılıb və hərbi münaqişə səbəbindən boğazda ilişib qalan ticarət gəmilərinin təhlükəsiz çıxarılmasını nəzərdə tutur. "Mən nümayəndələrimə tapşırdım ki, bütün səyləri göstərərək bu gəmilərin və ekipajların təhlükəsiz şəkildə boğazdan çıxarılmasını təmin etsinlər". Tramp qeyd edib ki, bir çox ölkə Hörmüz boğazında bloklanmış gəmilərlə bağlı narahatlığını ifadə edib. O əlavə edib ki, bəzi ölkələr region təhlükəsiz olmayınca gəmilərini geri qaytarmaq niyyətində deyil. ABŞ prezidentinin sözlərinə görə, əməliyyat Yaxın Şərq vaxtı ilə bazar ertəsi səhər başlayacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər