Dünya
Tramp İranın yeni təklifini qəbuledilməz adlandırdı
ABŞ Prezidenti Donald Tramp Tehranın münaqişənin nizamlanmasına dair yeni təklifini qəbuledilməz hesab etdiyini bildirib. Oxu.Az xəbər verir ki, o, İsrailin dövlət teleradio şirkətinə müsahibəsində belə deyib. Ağ Ev rəhbəri əlavə edib ki, onun fikrincə, İrana qarşı aparılan kampaniya çox uğurla gedir. Bundan başqa, ABŞ lideri İsrail Prezidenti İshak Hersoqu yenidən ölkənin Baş naziri Benyamin Netanyahunu əfv etməyə çağırıb. O bildirib ki, Netanyahu müharibə dövrünün baş naziridir və diqqətini məhkəmə proseslərinə deyil, müharibəyə yönəltməlidir.
Mənbə
oxu.az