Cəmiyyət

Mehriban Əliyeva Avropa kubokunu izlədi

03 May 2026, 19:52 1 baxış
Mehriban Əliyeva Avropa kubokunu izlədi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva və ailə üzvləri, Olimpiya və ikiqat dünya çempionu Alina Kabaeva mayın 3-də Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Avropa kubokunu izləyiblər.


Axar.az xəbər verir ki, Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunda idmançılar turnir ərzində qrup və fərdi proqramlarda bacarıqlarını göstərirlər. Yarışda Azərbaycan təmsilçiləri ilə birlikdə 30 ölkə və neytral idmançılar çıxış edirlər.

Mənbə axar.az

Oxşar Xəbərlər