Dünya
Amerikalı hərbçilər Mərakeşdə itkin düşüblər
"African Lion 2026" təlimlərində iştirak edən ABŞ Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu Mərakeşdə itkin düşüb. Oxu.Az xəbər verir ki bu barədə ABŞ-nin Afrika Komandanlığı (AFRICOM) "X" sosial şəbəkəsində məlumat yayıb. Amerikalı hərbçilər mayın 2-də Tan-Tan şəhəri yaxınlığındakı Kap-Draa təlim zonası ətrafında yoxa çıxıblar. Qeyd edək ki, "African Lion" təlimləri hər il bir neçə ölkənin iştirakı ilə keçirilir.
Mənbə
oxu.az