Dünya

Filippində vulkan püskürməsi: On minlərlə ailə təhlükə altında - VİDEO

03 May 2026, 16:48 1 baxış
Filippində vulkan püskürməsi: On minlərlə ailə təhlükə altında - VİDEO
Filippinin Luzon adasının cənub-şərqindəki Mayon vulkanının püskürməsinin nəticələri 30 500 ailəyə təsir edib. Oxu.Az "GMA News"a istinadən xəbər verir ki, bunu Mülki Müdafiə İdarəsinin mətbuat katibinin müavini Dieqo Mariano bildirib.
"Ailələrdən təxminən 1 400-ü evakuasiya mərkəzlərində yerləşdirilib", - deyə o əlavə edib. Filippin Vulkanologiya və Seysmologiya İnstitutu Albay əyalətində üçüncü təhlükə səviyyəsini elan edib və aviaşirkətləri təyyarələrin vulkana yaxınlaşmasının təhlükəsi barədə xəbərdar edib. Albay əyalətinin bəzi rayonlarında vulkanik külün düşməsi ilə əlaqədar mayın 4-də dövlət və özəl məktəblərin işi dayandırılacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər