İdman
Rəsul Çunayev: "Yarışla bağlı təəssüratlarımız çox əladır"
"Yarışla bağlı təəssüratlarımız çox əladır". Oxu.Az xəbər verir ki, bunu Heydər Əliyev Fonunun təşəbbüsü ilə "Küləyə qalib gəl" şüarı altında keçirilən "Bakı Marafonu 2026"nın olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rəsul Çunayev deyib. O bildirib ki, hamımız idman, marafon ab-havasındayıq: "Bu gün burada bayram ab-havası var. Artıq iki ay idi ki, bu yarışa hazırlaşırdıq. Bütün iştirakçılara uğurlar arzu edirəm. Finalda görüşərik". Qeyd edək ki, doqquzuncu dəfə təşkil olunan və "Küləyə qalib gəl" şüarı altında keçirilən yarış ilk dəfə olaraq peşəkar 42 kilometrlik ("Full Marathon") məsafədə təşkil ediləcək. İştirakçılar start xəttini Dövlət Bayrağı Meydanından keçərək, Xəzər sahili boyu, Heydər Əliyev prospekti və digər mərkəzi nöqtələrdən keçməklə, finiş xəttinə - "Sea Breeze" ərazisinə çatacaqlar.
Mənbə
oxu.az