Dünya

Tramp İranla bağlı planını açıqladı - Növbəti addım nə olacaq?

03 May 2026, 09:24 1 baxış
Tramp İranla bağlı planını açıqladı - Növbəti addım nə olacaq?
ABŞ Prezidenti Donald Tramp İranın əlində qalan raket potensialını məhv etmək istədiyini bildirib. Oxu.Az xəbər verir ki, ABŞ lideri bu barədə Uest-Palm-Biç şəhərində jurnalistlərlə söhbəti zamanı danışıb. "Bəli, mən bunu məhv etmək istərdim", - deyə o, İranın raket texnikası istehsalı üzrə qalan gücləri ilə bağlı sualı cavablandırarkən bildirib. Ağ Evin iddialarına görə, ABŞ və İsrailin zərbələri nəticəsində Tehranın bu potensialının cəmi 15%-i qalıb. Tramp həmçinin İrana qarşı hərbi əməliyyatların bərpa olunması ehtimalını da istisna etməyib. ABŞ liderindən İrana zərbələrin yenidən başlanmasının mümkün olub-olmaması soruşulduqda, o, belə cavab verib: "Mən bu barədə jurnalistlərə açıqlama verə bilmərəm. Əgər onlar qeyri-münasib şəkildə hərəkət etməyə davam etsələr, pis bir addım atsalar, baxarıq. Lakin bu, şübhəsiz ki, baş verə biləcək variantdır".
Mənbə oxu.az

Oxşar Xəbərlər