İdman

“Qalatasaray” böyük hesabla uduzdu, "Fənər"dən qələbə

03 May 2026, 00:37 1 baxış
“Qalatasaray” böyük hesabla uduzdu, "Fənər"dən qələbə

Futbol üzrə Türkiyə Superliqasında XXXII turun daha 3 oyunu keçirilib.


Axar.az xəbər verir ki, çempionluğa iddialı “Qalatasaray” səfərdə “Samsunspor”a 1:4 hesabı ilə uduzub.


Liderin əsas izləyicisi “Fənərbağça” isə turu qələbə ilə başa vurub. İstanbul klubu doğma meydanda “Başakşəhər”ə qalib gəlib - 3:1. Ev sahibi komandanın heyətində hər üç qolu Anderson Talişka vurub.


Digər matçda isə “Trabzonspor” evdə “Göztəpə” ilə 1:1 hesablı heç-heçə edib.


Qeyd edək ki, hazırda turnir cədvəlinə 74 xalla “Qalatasaray” başçılıq edir. “Fənərbağça” 70 xalla 2-ci, “Trabzonspor” isə 66 xalla 3-cüdür.

Mənbə axar.az

Oxşar Xəbərlər