İdman

"Kəpəz"dən geridönüş

02 May 2026, 18:32 1 baxış
"Kəpəz"dən geridönüş

Misli Premyer Liqasında XXX tura start verilib.


Axar.az xəbər verir ki, günün ilk qarşılaşmasında "Sumqayıt" səfərdə "Kəpəz"lə üz-üzə gəlib.


Görüş Gəncə təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:1.


"Kəpəz"in heyətində Rauf Hüseynli 86 və 89-cu dəqiqələrdə penaltiləri dəqiq yerinə yetirib. Komandanın qapıçısı Yusif İmanov 64-cü dəqiqədə avtoqol müəllifi olub.


Qələbə sayəsində xallarının sayını 24-ə çatdıran "Kəpəz" 10-cu pillədə yer alır. "Sumqayıt" 38 xalla 7-ci sırada qərarlaşıb.


Günün ikinci matçında "Araz-Naxçıvan" və "İmişli" komandaları qarşılaşır.

Mənbə axar.az

Oxşar Xəbərlər