İdman
"Real Madrid"in kapitanı Daniel Karvaxalın ayağında yenidən CİDDİ ZƏDƏ
"Real Madrid"in 34 yaşlı müdafiəçisi və kapitanı Daniel Karvaxal ciddi zədə alıb. Oxu.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat paylaşıb. "Klubun tibb xidmətinin apardığı son müayinələrdən sonra futbolçumuz Daniel Karvaxalda sağ ayağın beşinci barmağının distal falanqasının çatı diaqnozu təsdiqlənib. Hazırda vəziyyətin necə inkişaf edəcəyini gözləyirik", - deyə açıqlamada qeyd olunub. Qeyd edək ki, Karvaxal oktyabrın sonundan yanvar ayına qədər dizindəki problem səbəbindən 12 oyunu buraxmaq məcburiyyətində qalıb. Bundan əlavə, müdafiəçi sentyabrdan oktyabradək əzələ zədəsindən sonra bərpa prosesi keçib. Cari mövsüm ərzində Karvaxal bütün turnirlər daxil olmaqla 20 qarşılaşmada meydana çıxıb, lakin məhsuldar hərəkətlə yadda qalmayıb. İspaniyalı oyunçunun klubla olan müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalının məlumatına əsasən, futbolçunun hazırkı transfer dəyəri 6 milyon avro təşkil edir.
Mənbə
oxu.az