İdman

"Böyük Dəbilqə": Rəşid Məmmədəliyev bürünc medal qazanıb

02 May 2026, 16:50 1 baxış
"Böyük Dəbilqə": Rəşid Məmmədəliyev bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb. Oxu.Az "Report"a istinadla xəbər verir ki, 26 yaşlı idmançı üçüncü yer uğrunda görüşdə tacikistanlı Ahmadzod Masudi ilə üz-üzə gəlib. Rəqibini məğlub edən R.Məmmədəliyev yarışda üçüncü yeri tutub. Xatırladaq ki, Dünya Cüdo Turuna daxil olan turnirdə Azərbaycan dörd çəki dərəcəsində altı cüdoçu ilə təmsil olunur. Ötən gün Murad Muradlı (60 kq), İslam Rəhimov və Nizami İmranov (hər ikisi 66 kq) medal qazana bilməyiblər. "Böyük Dəbilqə" mayın 3-də başa çatacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər