İdman
Poqbadan dopinq qalmaqalından sonra karyerası ilə bağlı açıqlama
"Monako"nun yarımmüdafiəçisi Pol Poqba Fransa çempionatının 32-ci turunun "Mets" ilə oyunundan əvvəl futbol oynamağa davam istəyinin səbəbini açıqlayıb. Oxu.Az-ın Championat.com nəşrinə istinadən xəbərinə görə, bu barədə Poqba "L1+" kanalının proqramında danışıb. "Mən sosial şəbəkələrdə və stadionlarda azarkeşlərimdən aldığım sevgini görəndə dayana bilmirəm, insanlara sevinc bəxş etmək istəyirəm", - deyə Poqba bildirib. Xatırladaq ki, 2024-cü ilin fevral ayında Poqba antidopinq qaydalarını pozduğuna görə dörd il müddətinə diskvalifikasiya edilib, lakin sonradan cəzası 18 aya endirilib. Futbolçu iyun ayında "Monako" ilə müqavilə imzalayıb. Qeyd edək ki, "Mets" - "Monako" matçı mayın 2-də şənbə günü baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Mənbə
oxu.az