İdman

Misli Premyer Liqasında XXX tura start verilir

02 May 2026, 12:30 1 baxış
Misli Premyer Liqasında XXX tura start verilir
Misli Premyer Liqasında XXX tura start verilir. Oxu.Az xəbər verir ki, ilk oyun günü iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Kəpəz" "Sumqayıt"ı qəbul edəcək. Yevlax şəhər stadionunda baş tutacaq görüşün start fiti 16:00-da səslənəcək. Matçın baş hakimi Əli Əliyev olacaq. "Sumqayıt" 38 xalla yeddinci, "Kəpəz" 21 xalla onuncudur. Günə isə "Araz-Naxçıvan" - "İmişli" matçı ilə yekun vurulacaq. Görüş Sumqayıtdakı "SOCAR Polymer Arena"da baş tutacaq və 18:30-da start götürəcək. Qeyd edək ki, "Araz-Naxçıvan" 40 xalla altıncı, "İmişli" isə 29 xalla doqquzuncudur.
Mənbə oxu.az

Oxşar Xəbərlər