Siyasət

Aleksandr Esaulenko: "Azərbaycanın Qarabağın bərpasına dair layihələri heyranlıq doğurur"

02 May 2026, 11:12 1 baxış
Aleksandr Esaulenko: "Azərbaycanın Qarabağın bərpasına dair layihələri heyranlıq doğurur"
"Azərbaycan rəhbərliyinin Qarabağ bölgəsində tarixi abidələrin bərpasına münasibəti səmimi hörmət doğurur". Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu barədə Moldovanın Bakıdakı səfiri Aleksandr Esaulenko diplomatik korpus nümayəndələrinin Azərbaycanın azad edilmiş ərazilərinə səfəri çərçivəsində jurnalistlərə bildirib: "Azərbaycan bütün tarixi abidələri ən xırda detallarına qədər bərpa edir". Səfir bildirib ki, Kişineu və Bakı mədəniyyət abidələrinin bərpası sahəsində əməkdaşlıq edə bilər. Onun sözlərinə görə, Azərbaycan postsovet məkanında suverenliyini və ərazi bütövlüyünü öz gücü ilə bərpa etməyi bacarmış yeganə ölkədir: "Təəssüf ki, Moldova hələ də ərazi suverenliyinin bərpası mərhələsindədir. SSRİ-nin dağılmasından sonra həm Azərbaycanın, həm də Moldovanın ərazi münaqişələri ilə bağlı eyni problemi var idi". A.Esaulenko həmçinin onilliklər boyu davam edən işğaldan sonra Qarabağ və Şərqi Zəngəzur üzərində nəzarətin tam qaytarılması münasibətilə Azərbaycanı təbrik edib: "Mən, əlbəttə ki, Azərbaycanı təbrik etmək istəyirəm, çünki postsovet məkanında öz ərazilərini öz gücü ilə qaytaran ilk ölkədir. Mən Moldovanın səfiri olaraq, buna xüsusi diqqət yetirirəm".
Mənbə oxu.az

Oxşar Xəbərlər