Cəmiyyət

Evdən qızılları oğurlayıb satdı, gözəllik salonu açdı

02 May 2026, 11:45 1 baxış
Evdən qızılları oğurlayıb satdı, gözəllik salonu açdı

Sabunçu rayonu ərazisində yerləşən evlərin birindən 15 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.


Axar.az Oxu.az-a istinadla xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, zərərçəkənin qızı 24 yaşlı S.Abdullayeva müəyyən edilərək saxlanılıb.


Araşdırma zamanı S.Abdullayevanın taladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. O, əldə etdiyi pulla gözəllik salonu açıb və qalan vəsaiti isə sevgilisi ilə birlikdə xərcləyib.


Faktla bağlı araşdırma davam etdirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər