Dünya

Rusiyada FACİƏ: Dördü uşaq olmaqla, bir ailənin yeddi üzvü həlak oldu - VİDEO

02 May 2026, 10:48 1 baxış
Rusiyada FACİƏ: Dördü uşaq olmaqla, bir ailənin yeddi üzvü həlak oldu - VİDEO
Rusiyanın Xantı-Mansiysk muxtar dairəsinin Meqion şəhərinin Vısokiy kəndində fərdi evdə yanğın baş verib. Nəticədə dördü uşaq olmaqla, yeddi nəfərdən ibarət ailə həlak olub. Oxu.Az-ın xəbərinə görə, bu barədə Yuqra qubernatoru Ruslan Kuxaruk "Maks" qəzetinə açıqlamasında məlumat verib.
"Meqionun Vısokiy kəndində gecə baş verən yanğın zamanı dördü uşaq olmaqla, 7 nəfərlik ailə həlak olub. İlkin məlumatlara görə, yanğına elektrik cihazlarının istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması səbəb olub", - deyə o bildirib. Region rəhbəri vurğulayıb ki, Yuqra Sosial İnkişaf Departamenti bələdiyyə administrasiyası ilə birlikdə ölənlərin yaxınları üçün təcili sosial və psixoloji yardım təşkil edəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər