Dünya

Roma Papasından GÖZLƏNİLMƏZ QƏRAR: Keçmiş miqrant ABŞ-də yeparxiya rəhbəri təyin edildi

02 May 2026, 09:48 1 baxış
Roma Papasından GÖZLƏNİLMƏZ QƏRAR: Keçmiş miqrant ABŞ-də yeparxiya rəhbəri təyin edildi
Roma Papası XIV Leo ABŞ-nin Qərbi Virciniya ştatını əhatə edən Uilinq-Çarlston yeparxiyasının rəhbəri postuna vaxtilə ölkəyə qanunsuz yollarla gələn keçmiş miqrantı təyin edib. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Fox News" telekanalı yayıb. Mənbənin məlumatına əsasən, Evelio Menxivar-Ayala hələ yeniyetmə ikən Salvadordan ABŞ ərazisinə keçmək üçün dəfələrlə cəhd edib, lakin hər dəfə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Nəhayət, o, avtomobilin yük yerində gizlənərək Birləşmiş Ştatlara qeyri-qanuni şəkildə daxil olmağı bacarıb. Bu vəzifəyə gətirilməzdən öncə, o, ABŞ hökumətinin miqrantlara qarşı yönəlmiş siyasətini insan hüquqları sahəsində ciddi problem kimi qiymətləndirərək tənqid edirdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər