Dünya

İran ABŞ-yə qarşı tələblərini yumşaldıb

02 May 2026, 01:06 1 baxış
İran ABŞ-yə qarşı tələblərini yumşaldıb
İran yeni sülh təklifində ABŞ-dən danışıqların bərpası ilə bağlı tələblərini yumşaldıb. Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Tehran Hörmüz boğazının açılmasını İran limanlarının blokadasının qaldırılması ilə eyni vaxtda həyata keçirməyi təklif edib. Daha əvvəl İran blokadanın aradan qaldırılmasını danışıqlar üçün ilkin şərt kimi irəli sürürdü. Yeni təklifdə isə Tehran ABŞ-nin hücumları dayandıracağına dair zəmanət və sanksiyaların ləğvi müqabilində nüvə məsələlərini müzakirə etməyə hazır olduğunu bildirib. Mənbələr əlavə ediblər ki, ABŞ təklifi qəbul edəcəyi təqdirdə, İran tərəfi gələn həftə Pakistanda danışıqların yeni raunduna hazırdır. Bununla belə, tərəflərin Hörmüz boğazında gəmiçilik və nüvə proqramı kimi əsas məsələlərdə mövqelərinin hələ də kəskin şəkildə fərqləndiyi qeyd olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər