Dünya

İran Fars körfəzinin idarə edilməsi qaydalarını dəyişəcək: SEPAH-dan BƏYANAT

02 May 2026, 01:30 1 baxış
İran Fars körfəzinin idarə edilməsi qaydalarını dəyişəcək: SEPAH-dan BƏYANAT
İranın ali rəhbəri Müctəba Xamenei Fars körfəzinin idarə olunması üçün yeni qaydaların müəyyən ediləcəyini açıqlayıb. Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanlığına istinadən məlumat yayıb. "Fars körfəzinin idarə edilməsi üzrə yeni qayda və şərtlər ali rəhbərin başçılığı altında müəyyən ediləcək və tətbiq olunacaq", - deyə bəyanatda bildirilir. Komandanlıq qeyd edib ki, SEPAH-ın Hərbi Dəniz Qüvvələri Fars körfəzi və Hörmüz boğazı boyunca İranın təxminən 2 000 kilometrlik sahil xəttinə nəzarət edəcək. Məqsəd bu su ərazisini İran xalqı üçün "dolanışıq mənbəyinə", eyni zamanda regionun "təhlükəsizlik və rifah mənbəyinə" çevirməkdir. Açıqlamada yeni qaydaların detalları açıqlanmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər