Dünya
Karlov sui-qəsdinin yeni detalları: MİT əsas fiqurantı hədəfə aldı
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Ankara Baş Prokurorluğuna sorğu göndərərək, qadağan olunmuş FETÖ təşkilatının üzvü, Rusiya səfiri Andrey Karlovun 2016-cı ildə qətlə yetirilməsi işinin əsas fiqurantlarından biri olan Abdullah Bozkurtun cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib. Oxu.Az bu barədə "Sabah" qəzetinə istinadən xəbər verir. Nəşrin məlumatına görə, MİT-in sorğusunda qeyd olunur ki, məhz Bozkurt Ankara şəhərindəki gizli mənzildə işin əsas icraçısı Mevlüt Mert Altıntaşı cinayət törətməyə inandırıb və prosesə addım-addım rəhbərlik edib. Sənəddə həmçinin bildirilir ki, uzun müddətdir Stokholmda gizlənən Bozkurt yaratdığı sayt vasitəsilə Türkiyə və MİT-ə qarşı böhtan və dezinformasiya yayaraq faktiki olaraq respublikaya və dövlət institutlarına qarşı psixoloji müharibə aparır. "Sabah" qəzeti həmçinin qeyd edir ki, Bozkurt təkcə Türkiyənin deyil, digər ölkələrin xüsusi xidmət orqanlarının da diqqət mərkəzindədir. Xatırladaq ki, Rusiya səfiri Andrey Karlov 19 dekabr 2016-cı il tarixində Ankarada fotoşəkil sərgisinin açılışında çıxış edərkən qətlə yetirilib, ona atəş açan Altıntaş isə zərərsizləşdirilib.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az