Cəmiyyət
Xankəndidəki işlər Ukrayna üçün mühüm nümunədir - Qusev
Xankəndi şəhərinə səfər çərçivəsində Qarabağ Universitetini ziyarət etdik. Regionda aparılan genişmiqyaslı bərpa və inkişaf prosesləri göz oxşayır.
Axar.az xəbər verir ki, bu barədə Azərtac-a açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev deyib.
Səfir Qarabağda həyata keçirilən layihələrin Ukrayna üçün də əhəmiyyətli təcrübə olduğunu vurğulayıb:
“Biz burada, Xankəndidə Qarabağ Universitetini ziyarət etdik. Universitet sürətlə inkişaf edir. Ümumilikdə regionun bərpasını görürük və bu, həqiqətən təsiredicidir. Bu proses Ukrayna üçün də yaxşı nümunədir. Xüsusilə ərazilərimizin azad edilməsindən sonra bərpa və yenidənqurma istiqamətində bu təcrübə bizim üçün vacibdir”.
Mənbə
axar.az
Oxşar Xəbərlər