Dünya
Tramp İranın təklifini rədd etdi: Danışıqlar dalana dirənir
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, münaqişənin həlli ilə bağlı İranın təqdim etdiyi təklifin yeni variantı onu qane etmir. Oxu.Az bu barədə "İnterfax" agentliyinə istinadən xəbər verir. "Onlar saziş bağlamaq istəyirlər. Lakin mən bu təklifdən razı deyiləm", - deyə Tramp İranın daha əvvəl göndərdiyi təklifi şərh edib. O qeyd edib ki, vasitəçi funksiyasını yerinə yetirən Pakistan İran məsələsi ilə bağlı ABŞ ilə telefon əlaqələrini davam etdirir. Tramp həmçinin bildirib ki, İran rəhbərliyi daxilində fikir ayrılıqları mövcuddur. Onun sözlərinə görə, bu amil danışıqlar prosesinə mane olur.
Mənbə
oxu.az