Dünya
Tramp Aİ-dən idxal edilən minik və yük avtomobilləri üçün rüsumları artırdı
Gələn həftədən etibarən Avropa İttifaqından (Aİ) idxal olunan minik və yük avtomobilləri üçün ABŞ gömrük rüsumlarının dərəcəsi 25% təşkil edəcək. Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb. O bu qərarını Aİ-nin ABŞ ilə əvvəllər bağlanmış ticarət sazişinin şərtlərinə əməl etməməsi ilə əsaslandırıb. ABŞ prezidenti xatırladıb ki, əgər Avropa şirkətləri avtomobilləri Amerikanın daxili zavodlarında istehsal etsələr, rüsumlar tətbiq olunmayacaq.
Mənbə
oxu.az