Cəmiyyət
Əməkdar artist müəllimlərin qəsdən imtahandan kəsildiyinə dair iddialara cavab verdi - FOTO
"Attestasiya prosesində ixtisas proqramında hansı sinifdə nələr tədris olunduğunu bilməyən müəllimlər var idi". Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Dövlət Televiziyasının solisti, Azərbaycanın Əməkdar artisti Bəyimxanım Vəliyeva dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində təhsilverənlərin sertifikatlaşdırılmasının həyata keçirilməsi barədə brifinqdə deyib.
O bildirib ki, cəmiyyətdə müəllimlərin qəsdən imtahandan kəsildiyinə dair iddialar əsassızdır: "Bütün attestasiya prosesi kamera müşayiəti ilə aparılıb və məhkəmədə həmin görüntülər təsdiqini tapıb. Hətta "Qarabağ şikəstəsi" zərb-muğamının hansı məqama əsaslandığını bilməyən müəllimlərlə qarşılaşdıq. Həmin müəllimlər öz ifa etdikləri muğamın tonallığından da xəbərsiz idilər".

Mənbə
oxu.az