Siyasət

Bakıda Qlobal Cənubun Gənclər Platforması yaradılıb

01 May 2026, 18:36 1 baxış
Bakıda Qlobal Cənubun Gənclər Platforması yaradılıb
Qlobal Cənub ölkələrinin Gənclər Platformasının - gənc nəslin dekolonizasiya proseslərində rolunu gücləndirmək üçün nəzərdə tutulan yeni beynəlxalq struktur yaradılıb. Oxu.Az-ın məlumatına görə, bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov bildirib. O, qeyd edib ki, müvafiq qərar BTQ tərəfindən Bakıda aprelin 30-da - mayın 1-də təşkil edilən "Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi" mövzusunda forumun yekunları əsasında qəbul edilib: "İkigünlük Beynəlxalq Gənclər Forumunun uğurla başa çatmasından sonra, böyük şərəflə, bütün iştirakçılar adından Qlobal Cənubun Gənclər Platformasının yaradıldığını rəsmən elan edirik. Bu platforma dekolonizasiya uğrunda mübarizədə gənclərin səsini ucaltmağa imkan verəcək".
Mənbə oxu.az

Oxşar Xəbərlər