Cəmiyyət

Tofiq Əsgərova yüksək vəzifə verildi

01 May 2026, 18:28 1 baxış
Tofiq Əsgərova yüksək vəzifə verildi

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayevin müvafiq əmrinə əsasən, İnzibati təşkilat sektorunun müdiri vəzifəsinə təyinat olub.


Axar.az xəbər verir ki, bu barədə təhsil idarəsi məlumat yayıb.


Bildirilib ki, bu vəzifəyə Tofiq Akif oğlu Əsgərov təyin edilib.


Tofiq Əsgərov Sumqayıt Dövlət Universitetinin coğrafiya müəllimi ixtisası üzrə bitirib.


Qeyd edək ki, T.Əsgərov 2008-2014-cü illərdə müəllim, 2014-2023-cü illərdə müxtəlif dövlət qurumlarında məsləhətçi vəzifələrində çalışıb.

Mənbə axar.az

Oxşar Xəbərlər