Dünya

Dmitri Pineviç: "Ağdamda aqroşəhərciyin tikintisinin növbəti mərhələsi başlayıb"

01 May 2026, 17:48 1 baxış
Dmitri Pineviç: "Ağdamda aqroşəhərciyin tikintisinin növbəti mərhələsi başlayıb"
Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç Ağdamda aqroşəhərciyin tikintisinin davam etdiyini və layihənin həyata keçirilməsində növbəti mərhələnin başladığını qeyd edib. Oxu.Az xəbər verir ki, Pineviç "Report"a bildirib ki, hazırda yaşayış və sosial obyektlər üzrə planlaşdırma işləri başa çatıb. "Hazırda sənaye sektoru üzrə iş aparılır. Bu şəhərcik Azərbaycan hökumətinin həyata keçirdiyi "Böyük Qayıdış" dövlət proqramının elementlərindən biridir. Buna görə də təkcə yaşayış yerləri deyil, həm də rahat həyat üçün infrastruktur yaratmaq vacibdir", - diplomat qeyd edib. Pineviç vurğulayıb ki, aqroşəhərciyin layihələndirilməsi üzrə işlərin artıq bu il başa çatdırılması planlaşdırılır: "Düşünürəm ki, gələn il Ağdam aqroşəhərciyi layihəsinin həyata keçirilməsinə başlanacaq". Xatırladaq ki, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına dair birgə tədbirlər üzrə Yol Xəritəsi imzalanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər