Siyasət

Azərbaycan və İran xarici işlər nazirləri regional vəziyyəti müzakirə etdilər

01 May 2026, 17:53 1 baxış
Azərbaycan və İran xarici işlər nazirləri regional vəziyyəti müzakirə etdilər
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı olub. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, danışıq zamanı Azərbaycan-İran ikitərəfli əlaqələri, eləcə də regionda mövcud vəziyyət ətrafında müzakirə aparılıb. Seyid Abbas Əraqçi tərəfindən İranın son sülh təşəbbüsləri və regionda müharibə vəziyyətinə son qoyulması istiqamətində mövqeyi barədə məlumat verilib. Tərəflər regionda sabitliyin və təhlükəsizliyin təmin olunması, gərginliyin azaldılması yönündə səylərin vacibliyini vurğulayıblar. Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər